Əsas məzmuna keç

ABŞ-nin Azərbaycandakı səfiri səhhətinə görə istefa verib

ABŞ-nin Azərbaycandakı səfiri səhhətinə görə istefa verib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb....

ABŞ-nin Azərbaycandakı səfiri səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

" diplomatik xidmətindən istefamı ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatında dinləmələr zamanı səhhətimlə bağlı dilə gətirdiyim qayğılar təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən əla tibbi xidmətdən faydalanmışam. Lakin son testin nəticələri tamamilə öz sağlamlığımın qayğısına qalmaq üçün evə qayıtmağın vaxtı çatdığını göstərir. Ona görə də son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlılığı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm", - diplomat qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…