Əsas məzmuna keç

Kanadanın Baş naziri sülh prosesindəki irəliləyişi alqışladı

Kanadanın Baş naziri sülh prosesindəki irəliləyişi alqışladı

Mark Karni Avropa Siyasi Birliyi sammitində Bakı-İrəvan danışıqlarını dəyərləndirib. İlham Əliyevin iştirakı və yeni geosiyasi reallıqlar barədə mühüm təfərrüatlar.

en ru

Kanadanın Ermənistanla və sülh prosesini alqışlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni Avropa Siyasi Birliyinin VIII Zirvə Sammitində çıxış edib.

Məlumata görə, Karni arasında sülh prosesində əldə edilən irəliləyişi alqışlayıb və bu prosesdə İlham Əliyevin videobağlantı vasitəsilə iştirakını müsbət qiymətləndirib.

Bildirilib ki, o, Kanada ilə Avropa arasındakı əlaqələrə toxunaraq ölkəsinin bu formata qoşulan ilk qeyri-Avropa dövlətlərindən biri olduğunu deyib. Karni Kanadanın Avropa ilə ortaq tarix, dəyərlər və etimad paylaşdığını vurğulayıb.

Qeyd olunub ki, Baş nazir bu əməkdaşlığın Kanadadakı erməni icması vasitəsilə də özünü göstərdiyini bildirib və Ermənistanla əlaqələrin missiyalar çərçivəsində inkişaf etdiyini qeyd edib. O, Ermənistan üzrə Avropa missiyasında Kanadanın yeganə qeyri-Avropa iştirakçı olduğunu vurğulayıb.

Məlumata görə, Karni çıxışında dünyada texnologiya, enerji, ticarət və geosiyasət sahələrində ciddi dəyişikliklərin baş verdiyini deyib və mövcud reallıqlara uyğun siyasət aparmağın vacibliyini qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…