Əsas məzmuna keç

ABŞ kəşfiyyatı Trampa İranla bağlı yeni hesabat təqdim etdi

ABŞ kəşfiyyatı Trampa İranla bağlı yeni hesabat təqdim etdi

Amerika kəşfiyyatının məlumatına görə, İran hökuməti 1979-cu il inqilabından bəri ən zəif dövrünü yaşayır.

ru en

ABŞ orqanları ""a İrandakı mövcud vəziyyətlə bağlı bir neçə məxfi təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "The New York Times" (NYT) qəzeti öz mənbələrinə istinadən yayıb.

Hesabatlarda qeyd olunur ki, İran hakimiyyətinin mövqeləri hazırda son dərəcə zəifdir.

Sənədlərə əsasən, İslam Respublikası rəhbərliyinin nüfuzu 1979-cu ildə şahın devrilməsi ilə nəticələnən inqilabdan bəri ən aşağı səviyyəyə enib.

Məqalə müəllifləri vurğulayırlar ki, ölkədə baş qaldıran etiraz aksiyaları hökuməti ciddi şəkildə sarsıdıb.

Xüsusilə, aksiyaların ali lider ayətullah Əli Xameneinin əsas dayaq nöqtələri hesab edilən regionlara yayılması rəsmi Tehranda böyük narahatlıq yaradıb.

Digər tərəfdən, Donald Trampın İrana qarşı hərbi güc tətbiq etmək variantını hələ də istisna etmədiyi bildirilir. ABŞ lideri bəyan edib ki, İran sahillərində cəmləşən hərbi donanması, Venesuela yaxınlığındakı qüvvələrdən qat-qat böyükdür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…