Əsas məzmuna keç

ABŞ İraqdakı hücumlar üçün 3 milyon dollar mükafat ayırdı

ABŞ İraqdakı hücumlar üçün 3 milyon dollar mükafat ayırdı

Dövlət Departamenti Bağdad səfirliyi və Ərbil konsulluğuna edilən təxribatlar barədə gizli məlumat verənlərə maddi vəsait vəd edir. Şərtlərlə tanış olun.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Departamenti İraqdakı diplomatik obyektlərə edilən hücumlarla bağlı məlumat verənlər üçün 3 milyon dollara qədər elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

“İraqdakı Amerika diplomatik obyektlərinə edilən hücumlarla bağlı məlumat üçün 3 milyon dollara qədər mükafat təklif edirik. Əgər müvafiq məlumatınız varsa, xahiş edirik bizimlə əlaqə saxlayın”, – deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, ABŞ-nin Bağdaddakı səfirliyi, Ərbildəki konsulluğu və digər diplomatik obyektləri əvvəllər də hücumlara məruz qalıb.

Məlumata görə, elan edilən mükafat həm əvvəlki hücumların araşdırılması, həm də gələcək hücumların qarşısının alınması məqsədi daşıyır.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 02.10.2026

Banklarda alış-satış ›
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?