Əsas məzmuna keç

ABŞ səfirliyi İraqdakı vətəndaşlarına çağırış etdi

ABŞ səfirliyi İraqdakı vətəndaşlarına çağırış etdi

Bağdadda 48 saatlıq kritik həyəcan: İranyönümlü qruplar hücuma hazırlaşır. Dövlət Departamenti təcili təxliyə və terrorçular üçün 3 milyon dollar mükafat vəd edib.

en ru

ABŞ-nin İraqdakı səfirliyi İran tərəfdarı silahlı qrupların yaxın 24–48 saat ərzində Bağdadın mərkəzində hücumlar həyata keçirə biləcəyi barədə yeni xəbərdarlıq yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfirlik 2 apreldə yayımlanan bir mesajında vətəndaşlarını yenidən İraqı tərk etməyə çağırıb.

Bəyanatda deyilir: “İran və İranla əlaqəli terrorçu , Kürdüstan bölgəsi də daxil olmaqla, İraq boyunca ABŞ vətəndaşlarına və ABŞ-lə əlaqəli hədəflərə qarşı genişmiqyaslı hücumlar həyata keçiriblər. Onlar ABŞ vətəndaşlarını, müəssisələrini, universitetlərini, diplomatik nümayəndəliklərini, infrastrukturunu, otellərini, hava limanlarını və ABŞ ilə əlaqəli olduğu güman edilən digər yerləri hədəfə ala bilərlər. Terrorçu yaraqlılar amerikalıları qaçırmaq niyyəti ilə hədəfə alıblar. ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidirlər”.

Qeyd olunur ki, aprelin 1-də Departamenti İraqdakı diplomatik nümayəndəliklərə edilən hücumlarla bağlı məlumat verənlər üçün 3 milyon dollara qədər elan edib.

Məlumata görə, amerikalı jurnalist Şelli Kittleson 31 martda Bağdadda qaçırılıb və ABŞ hökuməti onun azad edilməsi üçün çalışır. ABŞ-nin İraqdakı səfirliyi fevral ayının sonlarından İranla müharibə başlayandan bəri ABŞ vətəndaşlarına İraqı tərk etmələri barədə dəfələrlə xəbərdarlıq edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…