Əsas məzmuna keç

ABŞ İrana qarşı iqtisadi “mühasirə”yə başlayır

ABŞ İrana qarşı iqtisadi “mühasirə”yə başlayır

ABŞ Xəzinədarlıq naziri Scott Bessent, Tehranın iqtisadi resurslarını hədəf alan və "İqtisadi Xaricetmə Əməliyyatı" adlandırılan yeni sanksiyalar paketinin işə salındığını bəyan edib.

en ru

İrana qarşı iqtisadi təzyiqləri daha da artırmaq məqsədilə yeni əməliyyata başlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ naziri Skott “İqtisadi Xaricetmə Əməliyyatı”nın (Economic Exclusion Operation) icrasına başlanıldığını açıqlayıb.

Bildirilib ki, əməliyyatın əsas məqsədi Tehran hakimiyyətinin iqtisadi imkanlarını məhdudlaşdırmaq və İranın maliyyə resurslarına çıxışını zəiflətməkdir.

Yeni sanksiyalar çərçivəsində İran Korpusu da birbaşa hədəfə alınıb. Bessent bu addımların İran rejimini ciddi iqtisadi çətinliklərlə üz-üzə qoyacağını bildirib.

Sanksiyalar rəqəmsal aktivlər və maliyyə texnologiyaları, qızıl ticarəti, aviasiya və dənizçilik sektorları, eləcə də texnoloji avadanlıqları əhatə edir.

ABŞ administrasiyası İran neftinin qeyri-qanuni yollarla satışına dəstək verən və bank sistemlərindən Tehranın maraqları naminə istifadə edən ölkələrə də xəbərdarlıq edib.

Bessentin sözlərinə görə, administrasiyası İranın yaratdığı təhdidləri yalnız idarə etməyi deyil, onları tamamilə aradan qaldırmağı hədəfləyir. Nazir ABŞ iqtisadiyyatının bu uzunmüddətli maliyyə əməliyyatını dəstəkləmək üçün kifayət qədər güclü olduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…