Əsas məzmuna keç

ABŞ patrul təyyarələri İran yaxınlığında kəşfiyyat aparır

ABŞ patrul təyyarələri İran yaxınlığında kəşfiyyat aparır

Bəhreyndən havalanan P-8A Poseidon hərbi hava gəmiləri Hörmüz boğazı və Oman körfəzində müşahidə aparıb. Flightradar24-ün qeydə aldığı əməliyyatın maraqlı təfərrüatları.

en ru

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “P-8A ” gəmi əleyhinə təyyarəsi İran yaxınlığındakı Hörmüz və Oman körfəzi üzərində uçuşları həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Flightradar24” aviasiya resursunun məlumatında bildirilir.

Təyyarələr Bəhreyndə Şeyx İsa Hava Bazasından havaya qalxıb. Bir neçə saat davam edən əməliyyat zamanı onlardan biri Fars körfəzi ilə Oman körfəzi arasında hərəkət edərək Hörmüz boğazı üzərindən uçub, digəri isə İranın cənub-şərq sahilləri yaxınlığında, Oman körfəzində beynəlxalq sular üzərində fəaliyyət göstərib.

Məlumata görə, regiondakı vəziyyətin monitorinqi məqsədilə ABŞ tərəfindən mütəmadi olaraq patrul təyyarələri və uzun mənzilli MQ-4C Triton pilotsuz uçuş aparatlarından istifadə olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…