Əsas məzmuna keç

ABŞ hərbi təyyarələri İran sahilləri üzərində kəşfiyyat apardı

ABŞ hərbi təyyarələri İran sahilləri üzərində kəşfiyyat apardı

Amerika Hərbi Dəniz Qüvvələri P-8A Poseidon və MQ-4C Triton ilə Hörmüz boğazı üzərində kəşfiyyat apardı. Bəhreyndən qalxan texnikaların əməliyyatında məqsəd nədir?

en ru

Fevralın 10-da ABŞ-nin "P-8A " sualtı qayıq əleyhinə patrul təyyarəsi və "MQ-4C Triton" uzunmənzilli pilotsuz uçuş aparatı (PUA) İranın cənub-şərq sahillərində çoxsaylı uçuş həyata keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "P-8A Poseidon" təyyarəsi Bəhreyndəki Şeyx İsa hava bazasından havaya qalxıb.

Bir neçə saat davam edən əməliyyat zamanı Fars körfəzi ilə Oman körfəzi arasında üzərindən uçub. Daha sonra "MQ-4C Triton" pilotsuz təyyarəsi İranın cənub-şərq sahillərində, Oman körfəzində beynəlxalq sular üzərində uzunmüddətli uçuşu həyata keçirib.

Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzindəki vəziyyəti izləmək üçün Amerika patrul təyyarələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotsuz təyyarəsi müntəzəm olaraq istifadə olunur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…