ABŞ-də seçki yarışı gərginləşir

ABŞ-də seçki yarışı gərginləşir
23.09.2024 14:46
Aa
dəq

ABŞ-də prezidentlik yarışının qızışdığı bir vaxtda hər iki namizəd noyabrın 5-də keçirilməsi planlaşdırılan seçkilər öncəsi yüksək rəqabətli yarışın sonuna yaxınlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası avqustda onun Respublikaçı rəqibi Donald Trampın kampaniyasından təxminən üç dəfə çox vəsait xərclədiyini açıqlayıb.

Bundan əlavə, yarışa sonradan qoşulan Harrisin komandası avqust ayında 190 milyon dollar ianə topladığı halda, onun rəqibi Trampın kampaniyası cəmi 45 milyon dollar ianə toplayıb. 

Ekspertlər isə ianə toplanmasının seçidə qalib gəlməyə zəmanət verilməsi kimi qəbul edilməsinin yanlış olduğunu deyir. Belə ki, 2016-cı il prezident seçkilərində Tramp daha az ianə toplamasına baxmayaraq, Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub etmişdi.

Harris və Tramp avqustda xərclərinin böyük hissəsinin reklamlara getdiyini, daha az məbləğin isə mitinqlərə, səyahətlərə və kampaniya işçilərinin maaşlarına xərcləndiyini açıqladı.

Baydenin Trampa qarşı canlı yayım debatında zəif çıxış etməsindən bir neçə həftə sonra Harrisin yarışa girməsi onun kampaniyasına ianələrin böyük artımına səbəb oldu.

Həftənin ən çox oxunanları

Əsəd Suriyada yeni hökumətin qurulması ilə bağlı fərman imzalayıb

Əsəd Suriyada yeni hökumətin qurulması ilə bağlı fərman imzalayıb
DAVAMIN OXU davamın oxu

Avstraliya Qəzza zolağına 10 milyon dollar ayıracaq

Avstraliya Qəzza zolağına 10 milyon dollar ayıracaq
DAVAMIN OXU davamın oxu

İsrailin zərbələri nəticəsində 100 nəfər ölüb

İsrailin zərbələri nəticəsində 100 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı 50 nəfər ölüb

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı 50 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Ekvador quraqlıq müşahidə olunur

Ekvador quraqlıq müşahidə olunur
DAVAMIN OXU davamın oxu