Operativ Məlumat Mərkəzi

ABŞ-də qasırğa nəticəsində 133 nəfər ölüb

1 dəq
Paylaş:
ABŞ-də qasırğa nəticəsində 133 nəfər ölüb
qasırğanın ən çox zərər vurduğu ştatlardan biri Şimali Karolinadır. Burada irimiqyaslı daşqınlar və torpaq sürüşmələri baş verib. Çox sayda yaşayış...

Amerika Birləşmiş Ştatlarının cənub şərq ştatlarını təsir altına alan "Helene" qasırğası nəticəsində ölənlərin sayı 133-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qasırğanın ən çox zərər vurduğu ştatlardan biri Şimali Karolinadır.

Burada irimiqyaslı daşqınlar və torpaq sürüşmələri baş verib. Çox sayda yaşayış məntəqəsi suların əsarətində qalıb. Təcrid vəziyyətinə düşən sakinlər təxliyə olunublar.

Daşqınlar, eyni zamanda, təsərrüfat sahələrinə ziyan vurub.

Meteoroloqlar Şimali Karolinada bəzi bölgələrə 61 santimetr yağıntı düşdüyünü bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər