Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-də "Meta" şirkətinə qarşı böyük məhkəmə prosesi başladı

3 dəq
Paylaş:
ABŞ-də "Meta" şirkətinə qarşı böyük məhkəmə prosesi başladı

ABŞ-nin 29 ştatı tərəfindən 2023-cü ildə “Meta” şirkətinə qarşı qaldırılan genişmiqyaslı məhkəmə iddiası üzrə proses başlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, altı həftə davam etməsi planlaşdırılan məhkəmə prosesində prokurorlar “Meta”nı uşaqların məxfiliyini qoruyan qanunları pozmaqda və platformaları vasitəsilə gənclərin psixi sağlamlığını təhlükə altına atmaqda ittiham edirlər.

Ştatlar şirkətdən milyardlarla dollar təzminat tələb etməklə yanaşı, “” və “” platformalarında istifadəçilərin uzun müddət qalmasına səbəb olduğu iddia edilən “bəyənmə” sayı və “sonsuz sürüşdürmə” kimi funksiyaların dəyişdirilməsini və ya ləğv edilməsini istəyirlər.

Kaliforniyanı təmsil edən vəkil Meqan O'Nil məhkəmədə “Meta”nın daxili araşdırmalarına istinad edib. Onun sözlərinə görə, şirkət platformalarında 11 və 12 yaşlı milyonlarla uşağın olduğunu bilsə də, onların müdafiəsi üçün kifayət qədər tədbir görməyib.

İttiham tərəfi “Meta”nın daxili sənədlərində gənclərin platformalardan istifadəsi ilə bağlı narahatedici nəticələrin yer aldığını bildirir. Sənədlərdə hər beş gəncdən birinin “Instagram” istifadəsinin özünü daha pis hiss etdirdiyini bildirdiyi və bəzi istifadəçilərdə platformadan istifadənin xarakteri daşıdığı qeyd olunur.

“Meta” isə ittihamları rədd edir. Şirkətin baş vəkili Pol Şmidt daxili sənədlərin kontekstdən çıxarıldığını və təqdim olunan məlumatların şirkətin mövqeyini tam əks etdirmədiyini bildirib.

Şmidt məhkəmədə araşdırmaya qatılan gənclərin 41 faizinin platformadan istifadə etdikdən sonra özünü daha yaxşı hiss etdiyini, digər 41 faizinin isə heç bir mənfi təsir müşahidə etmədiyini vurğulayıb.

Şirkətin vəkili həmçinin sosial media asılılığının elmi baxımdan tam sübut edilmədiyini müdafiə edib. Onun sözlərinə görə, “Meta”nın 13 yaşdan kiçik istifadəçilərin yaşını müəyyənləşdirmək üçün tətbiq etdiyi məhdudiyyətlər şirkətin məlumat toplama imkanlarına da təsir göstərir.

Məhkəmədə və “Instagram” rəhbəri Adam Mosserinin əvvəlki açıqlamalarına da istinad edilib. Şirkət rəhbərliyi platformaların istifadəçilərdə asılılıq yaratmaq məqsədilə dizayn edilmədiyini bildirir.

Məhkəmənin nəticəsi “Meta”nın gələcəkdə “Instagram” və “Facebook” platformalarında uşaqlar və yeniyetmələrin təhlükəsizliyi ilə bağlı siyasətinə ciddi təsir göstərə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə