ABŞ-nin Kaliforniya ştatında 6 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Səlahiyyətlilər təyyarənin 1970-ci il istehsalı olan "Cessna 414" olduğunu və qəzanın yerli vaxtla saat 12:45 radələrində Point Loma sahillərində baş verdiyini bildirib.
ABŞ Sahil Mühafizəsinin zabiti Rayan Qreyves bildirib ki, qruplar dağıntı sahəsi müəyyən edib və dağıntı sahəsindəki dərinliyin təxminən 61 metr olduğunu bildirib.
O, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub.
Təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşüb.