Floridada azyaşlı uşaqlar çimərlikdə oynayarkən qum yığınının altında qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fox News" məlumat verib.
Hadisə Florida çimərliklərindən birində baş verib, yeddi və səkkiz yaşlı qardaş və bacı sahildə oynayarkən uşaqlar təxminən iki metr dərinlikdə çuxur qazıblar və qəfildən üzərlərini qum örtüb.
İstirahətçilər zərərçəkənlərin köməyinə qaçarkən, hadisə yerinə gələn polis uşağı qumlar altından çıxara bilib.