ABŞ-ın Texas ştatında təhlükəsizlik qüvvələri və hadisə şahidləri bildiriblər ki, Odessa hava limanından havaya qalxmaqda çətinlik çəkən kiçik təyyarə elektrik xəttinə dəyərək küçəyə çırpılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təyyarənin qəzaya uğramasından sonra başlayan yanğında ətrafdakı maşınlara və binalara da ziyan dəyib.
Təyyarədə olan 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.