Əsas məzmuna keç

ABŞ C.Koreya ilə tariflərlə bağlı danışıq aparıb

ABŞ C.Koreya ilə tariflərlə bağlı danışıq aparıb

bununla bağlı xarici KİV məlumat yayıb. ABŞ-nin ticarət etdiyi ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və əsas tarifin yüzdə 10 olacağını...

ABŞ-ın maliyyə naziri tariflərin artırılması ilə bağlı rəsmiləri ilə aparılan danışıqların çox uğurlu olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ-nin ticarət etdiyi ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və əsas tarifin yüzdə 10 olacağını açıqlamasının ardınca tarifləri azaltmaq istəyən ölkələrdən biri olan Cənubi Koreyadan bir heyət Vaşinqtona səfər edib.

Cənubi Koreyanın maliyyə naziri Çoi Sanq-Mok və komandası ilə Ağ Evdə keçirdiyi görüşdən sonra mətbuata açıqlama verən ABŞ-nin maliyyə naziri Bessent iki ölkə arasında aparılan danışıqların kifayət qədər uğurlu olduğunu bildirib.

Gömrük tariflərini yüngülləşdirə biləcək mümkün razılaşmanın texniki detallarını yaxın vaxtlarda müzakirə edəcəklərini deyən Bessent görüş zamanı sektorunda əməkdaşlığın da müzakirə edildiyini əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…