Operativ Məlumat Mərkəzi

"ABŞ buna görə məsuliyyət daşıyır" - İran rəsmisi

2 dəq
Paylaş:
"ABŞ buna görə məsuliyyət daşıyır" - İran rəsmisi
bunu İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani deyib. “ABŞ-nin bölgədə geniş miqyasda mövcudluğu, həmçinin daha...

ABŞ İsrail rejiminin törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyır.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani deyib.

“ABŞ-nin bölgədə geniş miqyasda mövcudluğu, həmçinin daha çox qətllər üçün İsraili pul və silahla təmin etməsi və son böhranda mediada Təl-Əvivə siyasi dəstək verməsi sübuta yetirilib. Sionist ordu işğal olunmuş Fələstində ABŞ-nin nümayəndəsidir və Vaşinqton bütün cinayətlərə görə məsuliyyət daşıyır”, - Şamxani bildirib.

Onun sözlərinə görə, ABŞ ölkələri Qəzzanın müdafiəsiz xalqına kömək etməmək barədə xəbərdarlıq edir, eyni zamanda özləri sionistlərə misli görünməmiş hərbi, kəşfiyyat, maliyyə və media dəstəyi verirlər:

“Bəzi hökumətlər məzlum Fələstin xalqının soyqırımı ilə nəticələnəcək bu proseslə razılaşa bilər, lakin dünyanın azad insanları və müqavimət qüvvələri fələstinlilərə qarşı borcunu yerinə yetirəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər