Əsas məzmuna keç

ABŞ Avropaya ballistik raketlərlə təchiz olunmuş sualtı qayıq göndərdi

ABŞ Avropaya ballistik raketlərlə təchiz olunmuş sualtı qayıq göndərdi

6-cı Donanmanın Ohio sinifli atom gəmisi Trident II D-5 raketləri ilə bölgəyə çatdı. NATO müttəfiqlərinə verilən bu mesajın mühüm detalları xəbərimizdə.

en ru

ABŞ Hərbi Dəniz Qüvvələri 6-cı Donanma qitələrarası raketlərlə olunmuş strateji nüvə qayığının Ohio sinifli sualtı qayıqın Cəbəllütariq limanına çatdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, donanmanın yaydığı bəyanatda bu səfərin ABŞ-nin hərbi imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə sarsılmaz öhdəliyini nümayiş etdirdiyi qeyd olunub.

Məlumata görə, sualtı mayın 10-da Cəbəllütariqə daxil olub.

Bəyanatda vurğulanıb ki, Ohio sinifli sualtı qayıqlardan buraxılan ballistik raketlər ABŞ-ın nüvə üçlüyünün ən mühüm komponentlərindən birini təşkil edir və strateji çəkindirmə gücünü təmin edir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 14 ədəd Ohio sinifli sualtı qayığının hər biri 20 ədəd II D-5 raketi daşımaq qabiliyyətinə malikdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…