Əsas məzmuna keç

ABŞ aviaşirkətləri uçuşlarda robotlara qadağa qoyur

ABŞ aviaşirkətləri uçuşlarda robotlara qadağa qoyur

Delta, United və Southwest kimi nəhəng aviaşirkətlər təhlükəsizlik səbəbindən insan və ya ev heyvanı formasında olan robotların təyyarəyə götürülməsinə məhdudiyyət tətbiq edir.

en ru

ABŞ-ın aparıcı aviaşirkətləri "" və " Airlines" uçuş təhlükəsizliyini gücləndirmək məqsədilə yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qaydalara əsasən, insan və ya ev heyvanı görünüşünə malik robotların təyyarələrin kabinəsinə və baqaj bölməsinə gətirilməsinə icazə verilməyəcək.

Məlumata görə, qadağanın əsas səbəbi bu cihazlarda istifadə olunan litium-ion batareyalarının yaratdığı yanğın və partlayış riskidir.

Bildirilir ki, aviasiya təhlükəsizliyi qaydalarına əsasən, nasazlıq və ya yanlış istifadə zamanı bu tip batareyalar təyyarədə ciddi təhlükə yarada bilər.

Qeyd edək ki, "Southwest Airlines" da daha əvvəl analoji qərar qəbul etmişdi. Buna səbəb sərnişinlərdən birinin robotla birlikdə təyyarəyə minməyə cəhd etməsi olub.

Mütəxəssislər hesab edirlər ki, bu addımlar ABŞ-ın mülki aviasiya sektorunda robotların daşınması ilə bağlı vahid təhlükəsizlik standartlarının formalaşmasına yönəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…