Əsas məzmuna keç

ABŞ alimləri yeni cihaz hazırlayıb

ABŞ alimləri yeni cihaz hazırlayıb

hazırlanmış cihazla su qıtlığı yaşayan milyardlarla insana təmiz içməli su təmin edilə bilər. Belə ki, Yuta Universitetinin mühəndisləri havada su...

alimləri atmosferdəki içməli çevirə bilən hazırlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hazırlanmış cihazla su qıtlığı yaşayan milyardlarla insana təmiz içməli su təmin edilə bilər.

Belə ki, Yuta Universitetinin mühəndisləri havada su molekullarını toplayıb onları içməli suya çevirə bilən atmosfer suyu yığan cihazı hazırlayıblar.

qrupundan Sameer Rao, istehsal etdikləri cihazda metal-üzvi quruluşa malik hiqroskopik materiallardan istifadə etdiklərini və hiqroskopik materialların suyu çox yaxşı udduğunu bildirib.

Tədqiqat qrupundan Nathan Ortiz, istifadə edilən materialın molekulyar miqyasda çox böyük bir səth sahəsi olduğu üçün, az miqdarda materialla böyük miqdarda suyu tuta bildiklərini ifadə etdi.

Materialın məsaməli səthində su buxarını tutduqdan sonra su molekullarının qızdırılaraq mayeyə çevrildiyini bildirən Ortiz, cihaz üçün ilkin patent üçün müraciət etdiklərini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…