Əsas məzmuna keç

2026-cı ildə elektron cihazların qiymətləri bahalaşa bilər

2026-cı ildə elektron cihazların qiymətləri bahalaşa bilər

buna əsas səbəb bir vaxtlar ən ucuz kompüter komponentlərindən biri olan RAM-in (Random Access Memory) qiymətinin 2025-ci ilin oktyabr ayından etibarən...

ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu il qlobal bazarda gündəlik istifadə olunan bir çox elektron qiymətlərində artım gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna əsas səbəb bir vaxtlar ən ucuz kompüter komponentlərindən biri olan RAM-in (Random Access Memory) qiymətinin 2025-ci ilin oktyabr ayından etibarən iki dəfədən çox bahalaşmasıdır.

RAM kompüterlər, mobil telefonlar, “ağıllı televizor”lar və tibbi avadanlıqlar da daxil olmaqla demək olar ki, bütün müasir elektron cihazların əsas komponentlərindən biridir. RAM olmadan bu cihazların işləməsi mümkün deyil.

Mütəxəssislərin fikrincə, texnologiyalarının sürətlə yayılması və bu sahədə fəaliyyət göstərən iri məlumat mərkəzlərinə tələbatın kəskin artması RAM bazarında ciddi təzyiq yaradıb. Nəticədə tələb təklifi üstələyib ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olub.

Qeyd olunub ki, bulud xidməti təminatçıları 2026–2027-ci illər üçün yaddaş ehtiyaclarını indidən təmin etməyə çalışırlar. Mövcud gücü “Amazon”, “Google” və digər iri məlumat mərkəzlərinin planlaşdırdığı səviyyəni qarşılamaq üçün kifayət etmir. Bəzi tədarükçülər gələcəkdə qiymətlərin daha da artacağı gözləntisi ilə qiymət təklifini dayandırıblar. Bu isə bazarda nadir rast gəlinən haldır.

Mütəxəssislərin sözlərinə görə, kompüterlərdə yaddaş adətən ümumi istehsal xərclərinin 15–20 faizini təşkil etdiyi halda, hazırkı qiymət bu göstəricini 30–40 faizə qədər yüksəldib. Mövcud marjlar isə bu artımı kompensasiya etməyə imkan vermir. Nəticədə 2026-cı ildə istehlakçılar daha bahalı cihaz almaq və ya daha zəif texniki göstəricilərə malik məhsullara üstünlük vermək arasında seçim etməli olacaq. Bazar müşahidələri 2026–2027-ci illərdə qlobal miqyasda qiymət və tədarük problemlərinin davam edəcəyini göstərir.

Bəzi böyük istehsalçılar isə artıq istehlak bazarından çəkilməyə başlayıblar. Ən böyük RAM satıcılarından biri olan “Micron” şirkəti 2025-ci ilin dekabrında süni intellekt sektoruna fokuslanmaq məqsədilə “Crucial” markasının satışını dayandıracağını açıqlayıb.

Hesablamalara görə, 2026-cı ildə 16 GB RAM-a malik tipik noutbukun istehsal xərci 40–50 dollar arta bilər. Smartfonların istehsal xərclərində isə təxminən 30 dollar artım gözlənilir.

Qiymət artımı istehlakçı davranışlarına da təsir göstərəcək. İstifadəçilər ya daha yüksək performans üçün daha çox ödəniş etməli, ya da bir müddət köhnə texnologiyalarla kifayətlənməli olacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…