ABŞ Federal Aviasiya İdarəsi (FAA) Boeing-in 737 sinif 2612 sərnişin təyyarəsinin "oksigen maskası problemi" səbəbilə yoxlanılacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ Federal Hökumətin rəsmi nəşrində paylaşılan "Uçuşa yararlılıq Direktivi"ndə, sözügedən problemin "737-8, 737-9, 737-700, 737-800, 737-900ER və 737-də meydana gəldiyi ifadə edilib.
Direktivdə, Boeing tərəfindən istehsal edilən 737 sinifli təyyarələrdən bəziləri oksigen generatorların yerlərindən sürüşməsi səbəbindən mümkün təzyiq düşməsi halında sərnişinlərin oksigen almasına mane ola biləcəyi bildirilib və bu səbəbdən 2 min 612 sərnişin təyyarəsinin yoxlanılacağı açıqlanıb.
ABŞ 2 min 612 sərnişin təyyarəsi ilə bağlı yoxlama qərarı verib
1 dəq