İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili “təcavüzkarlar” adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçi cümə axşamı Tehranda Cənubi Koreyanın xüsusi elçisi Çanq Byunq-ha ilə görüş keçirib. Görüş zamanı tərəflər regional inkişaflar, dəniz təhlükəsizliyi və ikitərəfli əlaqələr də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.
Məlumata görə, Əraqçi görüş zamanı ABŞ və İsrailin regionda baş verən müharibənin nəticələrinə görə məsuliyyət daşıdığını vurğulayıb. O bildirib ki, hər iki ölkə bu prosesdə “təcavüzkar” kimi çıxış edir.
Nazirlik qeyd edib ki, tərəflər həmçinin bölgədə sabitliyin qorunmasının vacibliyini və diplomatik kanalların açıq saxlanmasının əhəmiyyətini müzakirə ediblər.
Qeyd olunub ki, görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilib.