Cənubi Koreya hökuməti Hörmüz boğazında yaranmış gərginlik fonunda öz gəmilərinin əksəriyyətini təhlükəsiz əraziyə çıxarmağa nail olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında məlumat verilib. Bildirilib ki, fevralın sonlarında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi aviazərbələrdən sonra bölgədə təhlükəsizlik vəziyyəti kəskinləşib və nəticədə Hörmüz boğazı faktiki olaraq bağlanıb.
Oman Hörmüz boğazında yeni naviqasiya qaydaları tətbiq etdi
Rəsmi məlumatda qeyd olunub ki, hazırda boğaz ərazisində qalan iki gəmi xüsusi texniki və logistik səbəblərdən çıxarıla bilməyib.
İclas zamanı vurğulanıb ki, bu nəticə Cənubi Koreya vətəndaşlarının hökumətə etimadı, eləcə də Okeanlar Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Xidmətinin birgə koordinasiyalı fəaliyyəti sayəsində əldə edilib. Rəsmilər bütün iştirak edən dövlət qurumlarının böhran dövründəki fəaliyyətini yüksək qiymətləndirib.
Bununla belə, hökumət vəziyyətin tam sabitləşmədiyini də diqqətə çatdırıb. Qeyd olunub ki, mümkün sülh sazişinə baxmayaraq, qlobal iqtisadiyyatın əvvəlki sabit axarına qayıtması üçün zaman tələb olunacaq.
Rəsmi şəxslər orta və uzunmüddətli dövrdə daha effektiv böhran idarəetmə mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb, xüsusilə enerji və xammal təchizatı zəncirlərinin şaxələndirilməsi və fövqəladə hallara hazırlığın gücləndirilməsi istiqamətində çağırışlar edilib.