Operativ Məlumat Mərkəzi

AAF nümayəndəsi Azərbaycan tarixində ilkə imza atıb

1 dəq
Paylaş:
AAF nümayəndəsi Azərbaycan tarixində ilkə imza atıb

Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndəsi Teymur Axundov ölkə tarixində ilkə imza atıb.

AAF-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, o, Dünya Atletikasının hakimlər üçün nəzərdə tutulmuş imtahanında yüksək nəticə əldə edib.

T.Axundov imtahan göstəricilərinə əsasən, Dünya Atletikasının gümüş dərəcəli hakimi seçilib. Federasiya rəsmisi Azərbaycan atletikası tarixində bu ada layiq görülən ilk hakim olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər