Amerikalı astronavtlar Barry Butch Vilmore və Suni Villiams doqquz aydan çox Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qaldıqdan sonra nəhayət Yerə qayıdırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, NASA iki astronavtın sabah axşam "SpaceX Crew Dragon" vasitəsi ilə geri gətiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Vilmore və Villiams "Boeing Starliner" kosmik gəmisini sınaqdan keçirmək üçün iyun ayında BKS-ə getmişdilər.
Lakin hərəkət sistemində yaranan problemlər səbəbindən geri dönüş yolu təhlükəsiz hesab edilməyib və astronavtlar BKS-də qalmalı olublar.