Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

60 yaşayış məntəqəsində məcburi təxliyə elan edildi

2 dəq
Paylaş:
60 yaşayış məntəqəsində məcburi təxliyə elan edildi

Ukraynanın şərqində Xarkov vilayətinin daha 60 məntəqəsində məcburi təxliyə elan olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, mülki əhalinin təxliyə zonası , Boqoduxov və Xarkov rayonlarında genişləndirilib.

Bundan əlavə, daha 2 rayonun yaşayış məntəqələrində də məcburi təxliyə tətbiq olunub.

bildirib ki, təkcə rayonunda 41 yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi məcburi xarakter daşıyır. Beləliklə, ümumilikdə vilayət üzrə 60 yaşayış məntəqəsində məcburi təxliyə qərarı qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl də Xarkov vilayətinin 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilmişdi.

Məlumat üçün bildirək ki, Ukraynada cəbhə xəttinin yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən yerli hakimiyyət orqanları mütəmadi olaraq təxliyə qərarları qəbul edir.

Son rəsmi məlumatlara görə, son doqquz ay ərzində cəbhəyanı bölgələrdən 178 mindən çox sakin təxliyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax