5483 nəfərə səyyar sosial-məişət xidməti göstərilib

5483 nəfərə səyyar sosial-məişət xidməti göstərilib
25.01.2024 11:25
Aa
dəq

2023-cü il ərzində Sosial Xidmətlər Agentliyi tərəfindən 5483 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilib. Xidmət göstərilənlərdən 4955 nəfəri ahıl, 528 nəfəri isə 70 yaşdan aşağı əlilliyi olan şəxslər olub. Ümumilikdə xidmət göstərilən şəxslərdən 4235 nəfəri qadın, 1248 nəfəri isə kişilər olub. Qeyd olunan dövrdə xidmətə cəlb edilən vətəndaşlarımızdan 803 nəfəri əlilliyi olanlardır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib. 

Bu xidmət çərçivəsində vətəndaşlarımız sosial-hüquqi xidmətlərlə də təmin ediliblər. Belə ki, Agentlik tərəfindən hesabat dövründə 327 nəfərə sosial-hüquqi xidmət göstərilib.

Hazırda Agentlik tərəfindən 3131 nəfəri ahıl, 343 nəfəri 70 yaşdan aşağı əlilliyi olan şəxs olmaqla ümumilikdə 3474 nəfərə səyyar sosial-məişət xidməti göstərilir.

Ənənəvi olaraq Agentlik tərəfindən evdə səyyar sosial-məişət xidməti göstərilən ən yaşlı vətəndaşımızın adını açıqlayırıq. Amma bu dəfə onlar 3 nəfərdirlər və hər üçünün də 100 yaşı var.

Beləliklə, evdə səyyar sosial-məişət xidməti göstərilən ən yaşlı vətəndaşlarımız biri Səryaz Hüseynova, Gədəbəy sakinidir və bu ilin 1 yanvar tarixində 100 yaşı olub. Digər ahılımız Zaqatala şəhər sakini, 1924-cü il təvəllüdlü Nina Ryabsevadır. Növbəti ay, yəni fevral ayının 10-da Nina xanımın 100 yaşı olacaq. Daha bir 100 yaşlı vətəndaşımız isə Quba rayonu, Şuduq kəndində yaşayır, Bəyəli Fətiyevdir.  

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu