Əsas məzmuna keç

“3+3” platforması Bakı və İrəvanda görüş təyin ETDİ

“3+3” platforması Bakı və İrəvanda görüş təyin ETDİ

İranın neft nazirinin müavini Səid Tavakolli “3+3” platforması çərçivəsində irəli sürüləcək təşəbbüslərin regionda yeni enerji gündəliyi formalaşdırmağa kömək edə biləcəyini bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rusiya və İranın da daxil olduğu “3+3” regional əməkdaşlıq platforması çərçivəsində Cənubi Qafqazda enerji əməkdaşlığı və sabitliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Platformanın nazirlərinin növbəti görüşünün Bakıda və ya İrəvanda keçirilməsi razılaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə “Rusiya Enerji Həftəsi – 2026” beynəlxalq forumu çərçivəsində keçirilən sessiyada bildirilib.

Yüksək səviyyəli tədbirdə regional əməkdaşlıq platformasının iştirakçıları – , və Gürcüstan, eləcə də Rusiya, İran və arasında enerji sahəsində dialoqun inkişafı müzakirə olunub.

Görüşdə region ölkələrinin qarşılıqlı maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar arasında müvafiq nazirlik və qurumların rəhbər nümayəndələri, eləcə də iri enerji şirkətlərinin təmsilçiləri yer alıblar.

Qeyd edək ki, “3+3” platformasının ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Daha sonra xarici işlər nazirlərinin görüşləri 2023-cü ildə Tehranda, 2024-cü ildə isə İstanbulda baş tutub.

2026-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun çərçivəsində altı ölkə arasında ekspert dialoquna başlanılıb.

Hazırda xarici işlər nazirlərinin növbəti görüşünün Bakıda və ya İrəvanda keçirilməsi ilə bağlı razılaşdırma prosesi aparılır.

“Rusiya Enerji Həftəsi” çərçivəsində təşkil olunan sessiya platforma daxilindəki rəsmi təmasları tamamlayan əlavə müzakirə meydanı olub. İştirakçılar ölkələri və onların birbaşa qonşularının regionun dayanıqlı inkişafına və rifahına töhfə vermək üçün səylərini birləşdirmək imkanlarını nəzərdən keçiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…