Əsas məzmuna keç

30-dan çox ölkə "Flintlock 2026" hərbi təlimlərinə qatılır

30-dan çox ölkə "Flintlock 2026" hərbi təlimlərinə qatılır

ABŞ Afrika Komandanlığı və İtaliyanın rəhbərliyi ilə Sirt şəhərində 30 dövlət bir araya gəlir. Kot-d’İvuarın da qatıldığı irimiqyaslı manevrlərin hədəfi nədir?

en ru

və İtaliya bu həftə ABŞ Komandanlığı rəhbərliyi altında 30-dan çox ölkənin iştirak edəcəyi “Flintlock 2026” hərbi təlimlərinə başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə ABŞ Afrika Komandanlığı birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, təlimlər ilk dəfə Liviya ərazisində keçiriləcək və rəsmi açılış mərasimi Sirt şəhərində baş tutacaq.

Məlumata görə, təlimlərdə əsasən Afrika ölkələri iştirak edəcək və həmçinin Kot-d’İvuar da ev sahibi ölkələrdən biri kimi çıxış edəcək.

Bəyanatda bildirilir ki, təlimlər hava, quru və dəniz əməliyyatlarını əhatə edən ssenarilər vasitəsilə iştirakçı ölkələrin döyüş hazırlığının artırılmasına yönəlib.

Qeyd olunur ki, “Flintlock” təlimləri vahid Liviya ordusunun inkişafına və ölkədə uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməyi hədəfləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…