Əsas məzmuna keç

3 rayonda elektrik kəsiləcək - SİYAHI

3 rayonda elektrik kəsiləcək - SİYAHI

"Azərişıq" Biləsuvar, Lənkəran və Lerikin bəzi kənd və küçələrində enerji verilişində fasilə yaranacağını açıqladı. Təmir işləri hansı ünvanları əhatə edəcək?

en ru

Bu gün , və Lerik rayonlarının bəzi ərazilərində planlı ilə əlaqədar enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan xətdə təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin Lənkəran EŞ ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan xətt boyunca ağac budanması və təmir işləri aparılacaq. Buna görə də saat 10:00-dan 13:00-dək şəhər ərazisində aşağıdakı ünvanlarda məhdudiyyət olacaq:

prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Balaməmməd, Məhəmməd Əmin Rəsulzadə, Şirəli Axundov və Sahil küçələri.

Lerik EŞ ərazisində isə “Lənkəran-1” yarımstansiyasından çıxan “Hamarat” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Biləsər, Hamarat, Rvarud, Siyov və Veri kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…