Əsas məzmuna keç

2026-cı il Dünya Çempionatı: Pley-offa kimlər yüksələcək? – Proqnozlar

2026-cı il Dünya Çempionatı: Pley-offa kimlər yüksələcək? – Proqnozlar

Qrup mərhələsinin ilk turundan sonra favoritlərin şansları və turnir cədvəlindəki vəziyyət təhlil olunub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2026-cı il artıq qızğın fazaya daxil olub. 48 komandanın iştirak etdiyi və 12 qrupa bölündüyü bu mötəbər turnirdə ilk tur arxada qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “” analitik mərkəzi komandaların pley-off mərhələsinə yüksəlmək şanslarını statistik məlumatlar əsasında qiymətləndirib.

Yeni formatda 1/16 finala hər qrupdan ilk iki yeri tutan komandalar birbaşa vəsiqə qazanır. Bundan əlavə, üçüncü yeri tutan 12 komandadan ən yaxşı göstəriciyə malik 8-i də növbəti mərhələyə adlayır. Xallar bərabər olduqda isə FIFA-nın tətbiq etdiyi xüsusi meyarlar (tay-breykerlər) işə düşür:

  • Komandaların bir-biri ilə oyunlarında topladığı xallar;
  • Şəxsi görüşlərdə qol fərqi;
  • Şəxsi görüşlərdə vurulan qolların sayı;
  • Bütün qrup oyunlarında qol fərqi və vurulan qollar;
  • “Fair-play” xalları (sarı və qırmızı vərəqələr);
  • FIFA reytinqindəki mövqe.
World Cup 2026 – What you need to know with a year to go - The Athletic

“Opta”nın riyazi hesablamalarına görə, bəzi nəhəng komandaların pley-offa yüksəlmə ehtimalı olduqca yüksəkdir. Xüsusilə, Almaniya (99,87%), Fransa (99,82%), Argentina (99,80%) və İngiltərə (99,74%) kimi yığmaların 1/16 finala çıxacağına demək olar ki, şübhə yoxdur.

Spain held to shock draw by Cape Verde in their World Cup opener | World Cup 2026 News | Al Jazeera

Braziliya (96,88%) və İspaniya (96,45%) da öz qruplarında favorit hesab olunurlar.

Statistik proqnozlar bəzi sürprizləri də ortaya qoyur. Məsələn, turnir başlamazdan əvvəl pley-offa çıxacağı gözlənilən Çexiya və yığmalarının hazırkı göstəricilərlə növbəti mərhələdən kənarda qalma ehtimalı yüksək qiymətləndirilir.

Australia stun Turkey with defensive masterclass at World Cup - The Japan Times

Əksinə, Yaponiya, Ekvador və Şotlandiya kimi komandaların pley-offa yüksəlmək şansları analitiklər tərəfindən kifayət qədər real hesab edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…