Operativ Məlumat Mərkəzi

2 nəfər sürücünü döyən şəxs saxlanıldı

1 dəq
Paylaş:
2 nəfər sürücünü döyən şəxs saxlanıldı
Bakıda 2 nəfər sürücünü döyərək mobil telefonunu alıb və avtomobilini əzib. Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM" Daxili İşlər Nazirliyindən məlumat...

Bakıda 2 nəfər sürücünü döyərək mobil telefonunu alıb və avtomobilini əzib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM" Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər