Şəmkirdə 13 il əvvəl xüsusi amansızlıqla törədilən qətlin üstü açılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Belə ki, 2013-cü il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmova yaşadığı mənzildə öldürülüb.
Araşdırmalar nəticəsində qətldə Şəmkir rayon sakini Xəyal Məmmədovun şübhəli olduğu müəyyənləşdirilib.
İstintaqın məlumatına görə, Xəyal Məmmədov Kifayət Məhərrəmovaya cib bıçağı ilə çoxsaylı zərbələr endirərək onu öldürüb.
Daha sonra mənzildən 100 manat və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.
Xəyal Məmmədov xüsusi amansızlıqla və tamah məqsədi ilə adam öldürmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.