Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisinin dərinliklərindəki hədəflərə uzaq mənzilli silahlarla hücumlar etmək üçün sonuncu dəfə ABŞ-dan icazə almağa çalışacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Economist” yazır.
Məqalədə bildirilir ki, Zelenski gələn həftə Nyu-Yorkda bu istəyini ABŞ prezidenti Co Baydenə çatdıracaq. Ağ Evin rəhbəri Ukrayna liderinin xahişini təsdiqləməsə, o, sorğunu məsələyə baxacaq növbəti administrasiyaya təqdim edəcək.