Əsas məzmuna keç

XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

bu haqda XİN sosial şəbəkə hesablarında yazıb. “Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı...

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu XİN hesablarında yazıb.

“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN qeyd edib.

XİN beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb:

“Biz beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin aktuallığını tanımağa, davam edən minatəmizləmə səylərində Azərbaycanın yanında olmağa, o cümlədən günahsız insanların həyatını təhlükə altına almaqda davam edən və münaqişədən sonrakı bərpaya mane olan qəsdən və genişmiqyaslı minalarla çirklənməyə görə Ermənistanı məsuliyyətə cəlb etməyə ”.

Xatırladaq ki, bu gün Cəbrayıl və Ağdam rayonlarında mina partlayışları baş verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…