Əsas məzmuna keç

ÜST: "Qəzzada öldürülənlərin sayı 33 mini keçib"

ÜST: "Qəzzada öldürülənlərin sayı 33 mini keçib"

bu barədə xarici KİV məlumat yayıb. Qəzzaya humanitar yardımın çatdırılmasının çox çətin və təhlükəli olduğuna diqqət çəkən Qebreyesus, WCK-nın...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayının 33 keçdiyini, 80 min insanın isə yaralandığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qəzzaya humanitar yardımın çatdırılmasının çox çətin və təhlükəli olduğuna diqqət çəkən Qebreyesus, WCK-nın fəaliyyətini dayandırması səbəbindən aclıq çəkənlərin sayında artım olacağını bildirib.

Qebreyesus, "ÜST Qəzzada WCK ilə birlikdə tibb işçilərinə və xəstəxanalardakı xəstələrə qida paylamaq üçün işləyirdi. Bu dəhşətli hadisə onu göstərir ki, ÜST işçiləri və tərəfdaşları çox təhlükəli mühitdə işləyirlər və işləməyə davam edəcəklər", - deyə bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…