Operativ Məlumat Mərkəzi

“Ultra Air” aviaşirkəti bütün fəaliyyətini dayandırıb

2 dəq
Paylaş:
“Ultra Air” aviaşirkəti bütün fəaliyyətini dayandırıb
Artan xərclərə işarə edən şirkət açıqlamasında, "Yanacaq xərcləri və valyuta məzənnəsindəki artım kimi mənfi makroiqtisadi şərtlər hava yolu xərclərinin...

Kolumbiyadakı digər hava yolu şirkətlərinə nisbətən daha sərfəli bilet satışı ilə tanınan "Ultra Air" sektorda mənfi makroiqtisadi şərtlərin olduğunu əsas gətirərək, daxili fəaliyyətini dayandırdığını açıqladı.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Artan xərclərə işarə edən şirkət açıqlamasında, "Yanacaq xərcləri və valyuta məzənnəsindəki artım kimi mənfi makroiqtisadi şərtlər hava yolu xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu"- deyib.

Ölkədə bir ilə yaxındır fəaliyyət göstərən şirkətin bu müddət ərzində 2 milyondan çox sərnişin daşıdığı, 1200 işçisi olduğu və aviaşirkət bazarının 8 faizinə sahib olduğu paylaşılıb.

Bu qərarın Çilidə yerləşən ABŞ investisiya fondu Indigo Partners tərəfindən idarə olunan JetSmart-ın Ultra Air-in mümkün alışından imtina etməsindən sonra qəbul edildiyi güman edilir.

Ölkədə sonuncu dəfə martın 1-də hava yolu şirkəti Viva Air, yaşadıqları iqtisadi böhranı əsas gətirərək müxtəlif milli və beynəlxalq istiqamətlərdə fəaliyyətini dayandırdığını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər