Operativ Məlumat Mərkəzi

Ukrayna ərazisi raket atəşinə tutulub

1 dəq
Paylaş:
Ukrayna ərazisi raket atəşinə tutulub
son sutka ərzində Ukrayna ordusunun mövqelərinə ümumilikdə 88 raket atılıb. Ölkənin fövqəladə hallar xidməti hücum nəticəsində paytaxtda yerləşən anbarda...

Ukrayna ərazisi ötən gün paytaxt Kiyev də daxil olmaqla, növbəti dəfə hava hücumuna məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində Ukrayna ordusunun mövqelərinə ümumilikdə 88 raket atılıb.

Ölkənin fövqəladə hallar xidməti hücum nəticəsində paytaxtda yerləşən anbarda güclü yanğın baş verdiyini açıqlayıb.

Hadisə bölgəsinə çox sayda yanğınsöndürən cəlb olunub.

Hava hücumundan müdafiə sistemləri həmçinin 34 ədəd "Şahed" kamikadze dronunu zərərsizləşdirilib. Yaşayış binalarına endirilən raket zərbələri nəticəsində mülki əhali arasında itkilərin olduğu bildirilib. Ukrayna ordusu hazırda ölkənin şərqində yerləşən Avdeevka şəhərində də qızğın döyüşlərin getdiyinə dair məlumat yayıb.

Ukraynalı hərbçilərin şəhər uğrunda gedən döyüşlərdə qarşı tərəfə müqavimət göstərməyə davam etdiyi qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər