ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll edə biləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə yerli KİV-ə müsahibəsində deyib.
"Biz Rusiya və Ukrayna prezidentlərini bir araya gətirməliyik".
Tramp həmçinin qeyd edib ki, onun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətləri var.
Bundan əvvəl Trump dəfələrlə bəyan etmişdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukraynaya qarşı siyasəti ilə bəşəriyyəti Üçüncü Dünya Müharibəsinə sövq edə bilər. Keçmiş dövlət başçısı da dəfələrlə prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynadakı vəziyyətin bir gündə həllini təmin edə biləcəyini iddia edib.