ABŞ prezidenti Donald Tramp deyib ki, onun danışıqlara yanaşması əsas liderləri bir otaqda toplamaq və onlara razılaşma əldə etmək şansı verməkdir.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Amerika lideri ''CBS News''a müsahibəsində deyib.
Ağ Evin rəhbəri qeyd edib ki, o, Rusiya və Ukrayna da daxil olmaqla, bütün münaqişəli ölkələrlə danışıqlara oxşar yanaşmaya sadiqdir.
Həmin müsahibədə Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin hələ sülh sazişi bağlamağa hazır olmadığı barədə fikir bildirib. Eyni zamanda o əlavə edib ki, yaxın vaxtlarda “nəsə olacaq” və vəziyyət dəyişəcək.