Əsas məzmuna keç

Tramp özünə 1 milyard dollarlıq kompensasiya təyin edə biləcəyini bildirib

Tramp özünə 1 milyard dollarlıq kompensasiya təyin edə biləcəyini bildirib

O, bunu dekabrın 19-da Roki-Maunt şəhərində (Şimali Karolina ştatı) çıxışı zamanı deyib. “Bilirsiniz, mən məhkəmə iddiası qaldırmışam və işi uduram....

ABŞ Prezidenti Federal Təhqiqat Bürosunun Florida ştatında yerləşən Mar-a-Laqo şəxsi iqamətgahında apardığı axtarışla bağlı ABŞ hökuməti adından 1 milyard məbləğində kompensasiya təyin edə biləcəyini istisna etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, O, bunu dekabrın 19-da Roki-Maunt şəhərində (Şimali Karolina ) çıxışı zamanı deyib.

“Bilirsiniz, mən məhkəmə iddiası qaldırmışam və işi uduram. Yeganə problem ondadır ki, onu məhz mən özüm tənzimləməliyəm. Başqa sözlə, iddianı qaldırıram və onu yenə də özüm həll etməliyəm. Ola bilsin, özümə 1 milyard dollar ayırım və hamısını xeyriyyə fondlarına verim. Məntiqli səslənir, elə deyilmi?” – deyə Tramp bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…