Əsas məzmuna keç

"Təmizləyici qurğusu olamayan təşkilat bağlanmalıdır" - Ekoloq

"Təmizləyici qurğusu olamayan təşkilat bağlanmalıdır" - Ekoloq

Məlum olduğu kimi, bir neçə gündür Gədəbəyin Söyüdlü kəndində qızıl yataqları ilə əlaqədar süni gölün salınmasına görə, mübahisələr səngimir....

Məlum olduğu kimi, bir neçə gündür Gədəbəyin Söyüdlü kəndində qızıl yataqları ilə əlaqədar süni gölün salınmasına görə, mübahisələr səngimir. Mütəxəssislərin fikrinə görə, gölün salınması ciddi problemlərə gətirib çıxara bilər.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, "Operativ Məlumat Mərkəzi-OMM"-yə açıqlamasında bildirib ki, qızıl yataqlarını emal edən şirkət mütləq sianid turşusuna qarşı təmizləyici qurğu quraşdırmalıdır.

Mütəxəssis qeyd edib ki, təmizləyici qurğusu olmayan bağlanmalıdır:

“Sovet dövründə də bu, qanun idi. Bu kimi təşkilatlarda mütləq şəkildə təmizləyici qurğu olmalıdır. Təmizləyici qurğu olmadığı halda bu, insanların və təbiətin məhvinə gətirib çıxara bilər”.

Telman Zeynalov qeyd edib ki, sianid olduqca təhlükəli maddədir.

“Hazırkı dövrdə ikinci bir göl salınarsa, həm ekologiya üçün, həm də insanlar üçün çox ciddi problemlərə gətirib çıxara bilər. Orada təmizləyici qurğunun qurulması mütləqdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işə ciddi nəzarət etməlidir. Bir daha qeyd edirəm ki, əgər bir təşkilatın təmizləyici qurğusu yoxdursa, onun fəaliyyəti dayandırılmalıdır”.

Məlik Məlikov

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…