Operativ Məlumat Mərkəzi

Sadettin Saran saç testinin müsbət çıxması iddialarını təkzib etdi - YENİLƏNİB

3 dəq
Paylaş:
Sadettin Saran saç testinin müsbət çıxması iddialarını təkzib etdi - YENİLƏNİB

“Fənərbaxça” Klubunun prezidenti Sadettin Saran saç testinin müsbət nəticə göstərməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Saran açıqlamasında Məhkəmə Tibbi Ekspertizası İnstitutunun test nəticələrində müsbət çıxdığı iddia edilən maddəni həyatında heç vaxt istifadə etmədiyini vurğulayıb.

Onun sözlərinə görə, sözügedən maddəni nə istifadə edib, nə də indiyədək görüb.

“Bu iddialar şəxsən məni hədəf alan, nüfuzuma və şəxsi hüquqlarıma xələl gətirməyi, eyni zamanda təmsil etdiyim qurumları sarsıtmağı məqsəd qoyan açıq böhtan kampaniyasıdır”, – deyə Saran bildirib.

Klub prezidenti bütün nümunələri dərhal yenidən təqdim etməyə hazır olduğunu açıqlayıb. O, Məhkəmə Tibbi Ekspertizası İnstitutunda testin yenidən aparılması və maddənin təkrar yoxlanılması üçün prokurorluğa rəsmi müraciət ediləcəyini qeyd edib. Bundan əlavə, müvafiq testlərin beynəlxalq səviyyədə ixtisaslaşmış müstəqil laboratoriyalarda da aparılacağını və nəticələrin ictimaiyyətə açıqlanacağını bildirib.

Sadettin Saran həmçinin məxfi sənədlərə aid olduğu iddia edilən test nəticələrinin bəzi media qurumlarında eyni vaxtda dərc olunmasını ciddi məsələ kimi qiymətləndirib.

“Elm və universal standartlara uyğun metodlarla həqiqətin ortaya çıxacağına heç bir şübhəm yoxdur. Prosesin qanunun aliliyi çərçivəsində ədalətli və şəffaf şəkildə başa çatacağına inanıram”, – deyə o əlavə edib.

***
İstanbulda aparılan narkotiklə bağlı istintaq çərçivəsində "Fənərbaxça" İdman Klubunun prezidenti Sadettin Saranın narkotik maddə testinin müsbət nəticə verdiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hesabat hazırlanıb.

Hesabata əsasən, "Fənərbaxça" İdman Klubunun prezidenti Sadettin Saranın saç nümunələrində narkotik testinin müsbət nəticə verdiyi müəyyən edilib.

Saranın qan, sidik və dırnaq nümunələrində isə test nəticələrinin mənfi olduğu aşkarlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər