Operativ Məlumat Mərkəzi

Rusiyaya qarşı 16-cı sanksiya paketi təsdiqləndi

1 dəq
Paylaş:
Rusiyaya qarşı 16-cı sanksiya paketi təsdiqləndi
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, yeni məhdudiyyətlər paketinə ilkin alüminiumun idxalına qadağa daxildir. Macarıstanın xarici işlər...

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yeni məhdudiyyətlər paketinə ilkin alüminiumun idxalına qadağa daxildir.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, 16-cı sanksiyalar paketi Budapeştə Rusiya neft və neft məhsullarından istifadə sahəsində istisnalar nəzərdə tutur.

Məhdudiyyətlər Aİ-nin Rusiyanın kölgə donanmasının bir hissəsi hesab etdiyi daha 73 gəmiyə şamil ediləcək.

Daimi nümayəndələr tərəfindən təsdiqləndikdən sonra yeni paket Aİ ölkələrinin liderləri tərəfindən təsdiqlənməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər