Kremlin sözçüsü Dmitri Peskov "bəzi avropalıların" Ukraynaya davam edən silah tədarükü üçün pul ödəyəcəyini bildirib və bütün tərəfləri birbaşa danışıqları bərpa etmək üçün Ukraynaya təzyiq etməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-ın Ukrayna üçün Avropaya silah satma qərarına münasibət bildirən Peskov, "bu, ticarətdir. Əvvəllər silah daşınması var idi. Məsələ bunun pulunu kimin ödəyəcəyidir. İndi bəzi avropalılar ödəyəcək" deyib.