Əsas məzmuna keç

"Real Madrid" ulduz futbolçusu ilə vidalaşır

"Real Madrid" ulduz futbolçusu ilə vidalaşır

bu barədə klubun rəsmi saytı xəbər verib. "Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə...

Fransalı Benzema İspaniya Çempionatı mövsümünün sonunda ""i tərk edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər verib.

"Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb.

“Real Madrid” həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır”, - klubun açıqlamasında deyilir.

Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.

Fransalı futbolçu "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…