Əsas məzmuna keç

Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib

Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib

bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb. "Avqustun 21-nə...

Avqust ayında İsrail Müdafiə Qüvvələrinin mülki şəxslərin Qəzza zolağındakı yaşayış məntəqələrini tərk etmələrini tələb edən əmrləri 250 min fələstinlini əhatə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

"Avqustun 21-nə olan məlumata görə, bu ay verilən təxliyə əmrləri 250 minə yaxın Qəzza sakinini əhatə edib", - məlumatda bildirilib.

Avqustun 21-i və 22-də verilmiş üç təxliyə daha 28,5 min insanın didərgin düşməsinə səbəb olub. təşkilatın məlumatına görə, onlar anklavda fəaliyyət göstərən 146 qaçqın düşərgəsinə yerləşdiriliblər.

Hesabatın müəllifləri qeyd ediblər ki, təxliyə əmrləri , qeyri-hökumət və humanitar təşkilatların əməkdaşlarından da yan keçməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…