Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib

Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib
24.08.2024 12:44
Aa
dəq

Avqust ayında İsrail Müdafiə Qüvvələrinin mülki şəxslərin Qəzza zolağındakı yaşayış məntəqələrini tərk etmələrini tələb edən əmrləri 250 min fələstinlini əhatə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

"Avqustun 21-nə olan məlumata görə, bu ay verilən təxliyə əmrləri 250 minə yaxın Qəzza sakinini əhatə edib", - məlumatda bildirilib.

Avqustun 21-i və 22-də verilmiş üç təxliyə əmri daha 28,5 min insanın didərgin düşməsinə səbəb olub. Beynəlxalq təşkilatın məlumatına görə, onlar anklavda fəaliyyət göstərən 146 qaçqın düşərgəsinə yerləşdiriliblər.

Hesabatın müəllifləri qeyd ediblər ki, təxliyə əmrləri BMT, qeyri-hökumət və humanitar təşkilatların əməkdaşlarından da yan keçməyib.

Həftənin ən çox oxunanları

BMT Trampa sui-qəsd cəhdini şərh edib

BMT Trampa sui-qəsd cəhdini şərh edib
DAVAMIN OXU davamın oxu

Mərakeş kralı 638 nəfəri əfv edib

Mərakeş kralı 638 nəfəri əfv edib
DAVAMIN OXU davamın oxu

İsrail ordusu "Hizbullah" hədəflərinə zərbələr endirib

İsrail ordusu
DAVAMIN OXU davamın oxu

NATO nüvə müharibəsi təhlükəsi ilə bağlı sualı cavablandırıb

NATO nüvə müharibəsi təhlükəsi ilə bağlı sualı cavablandırıb
DAVAMIN OXU davamın oxu

Şolz Ukraynada sülh prosesinə başlamaq üçün imkanları araşdırmağa çağırıb

Şolz Ukraynada sülh prosesinə başlamaq üçün imkanları araşdırmağa çağırıb
DAVAMIN OXU davamın oxu