Əsas məzmuna keç

Qəzzada internet kəsilib

Qəzzada internet kəsilib

Qəzza zolağının şimal bölgələrində və rabitə əlaqəsi kəsilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Fələstin telekommunikasiya şirkətləri tərəfindən yazılı açıqlamada, İsrailin blokada altında hücumlarını artırdığı Qəzza Zolağının şimalındakı Qəzza şəhəri və Şimal vilayətində internet və rabitə xidmətlərinin kəsildiyi qeyd olunub.

Açıqlamada İsrail ordusunun bölgəyə rabitə və internet göstərən əsas xətləri hədəfə alması nəticəsində bu kəsintilərin baş verdiyi və davam edən hücumların yaratdığı təhlükələrə baxmayaraq xətlərin bərpası üçün işlərin başladıldığı bildirilib.

Hadisə şahidlərinin sözlərinə görə, Qəzza şəhərində bir çox ərazidə internet xidmətləri tamamilə dayanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…