Operativ Məlumat Mərkəzi

Qətər Yaxın Şərqdə vasitəçilik səylərini dayandırıb

2 dəq
Paylaş:
Qətər Yaxın Şərqdə vasitəçilik səylərini dayandırıb
Qətər rəhbərliyi münaqişə tərəflərinin onu başa çatdırmaq istəyinin olmaması səbəbindən Qəzza zolağında atəşkəsin əldə edilməsinə yönəlmiş vasitəçilik...

Qətər Yaxın Şərqdə davam edən gərginlik fonunda İsrail və HƏMAS arasında aparılan atəşkəs danışıqlarında vasitəçi rolunda işitrak etməkdən imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Qətər rəhbərliyi münaqişə tərəflərinin onu başa çatdırmaq istəyinin olmaması səbəbindən Qəzza zolağında atəşkəsin əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini dayandırmağı qərara alıb.

Bu qərar Fələstin sakinləri tərəfindən böyük narahatlıq və ümidsizlik hisslərilə qarşılanıb.

Qətərin vasitəçilik səylərini müvəqqəti olaraq dayandırması ilə bağlı rəsmi açıqlama əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari tərəfindən verilib.

O, belə bir qərara səbəb kimi, nə İsrailin, nə də HƏMASın atəşkəs əldə etmək üçün irəliyə addım atmamasını, məsələyə kifayət qədər ciddi yanaşmamalarını göstərib.

“Qətərin HƏMAS və İsrail arasında vasitəçi kimi səyləri hazırda dayandırılıb. 10 gün əvvəl, razılaşma əldə etmək üçün son cəhdlər zamanı Qətər danışıqlar tərəflərinə məlumat verib ki, əgər bu məsləhətləşmələr raundunda razılaşma əldə edilməzsə, HƏMAS və İsrail arasında vasitəçi kimi səylərini dayandıracaq və bu amansız müharibənin dayandırılması üçün lazım olan ciddi əhval-ruhiyyə olduqda tərəfdaşlarla səylərini bərpa edəcək”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında uzun müddət davam edən və tərəflər arasında bəzi ciddi fikir ayrılıqları səbəbilə müsbət sonluqla nəticələnməyən danışıqlara ABŞ, Misir və Qətər rəsmiləri vasitəçilik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər